image-1backend

“Geri qayıdın”- Maduro

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro xaricə mühacirət etmiş vətəndaşlarını ölkəyə qayıtmağa çağırdı.

Dövlət televiziyasında çıxışında Maduro xaricdəki venesuelalı mühacirləri qorumaq və onlara kömək etmək üçün xüsusi bir layihə üzərində çalışdıqlarını bildirərək deyib: “ABŞ Venesuelaya sanksiyalar tətbiq edir. Bütün bu iqtisadi embarqolar aradan qaldırılınca venesuelalıların ən gec bir il ərzində vətənlərinə qayıdacaqlarına inanıram.

Ədalətsiz sanksiyalara məruz qaldıqları üçün ölkəni tərk etmək məcburiyyətində qalan venesuelalılara müraciət edirəm. Bilirik ki, dünyanın müxtəlif yerlərində yaşayan venesuelalılar çox ağır iqtisadi şəraitdə yaşayırlar. Miqrantlar öz torpaqlarına qayıtmalıdır. Ölkənin onlara ehtiyacı var. Biz öz vətənlərinə qayıdan bacı-qardaşlarımız üçün hərtərəfli sosial proqramlar hazırlayırıq.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki