image-2backend

Gürcüstanda aksiyalar başladı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, dünən 100-dən çox insan Tbilisinin mərkəzində, Gürcüstan parlamentinin qarşısına toplaşaraq, hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının xarici agentlər haqqında qanunun qəbulu ilə bağlı yeni qərarına etiraz ediblər. Aksiya təşkilatçıları onları daimi etmək niyyətindədirlər.

Parlamentin ərazisinə polis qüvvələri toplaşıb.

Çərşənbə günü Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze xarici agentlər haqqında qanun layihəsinin yenidən parlamentə təqdim edildiyini açıqlayıb. Bu, oxşar təşəbbüsün kütləvi etirazlara səbəb olmasından bir il sonra baş verir.

Müxalifət qanun layihəsini rusiyayönlü hesab edir, ölkə prezidenti Salome Zurabişvili də oxşar mövqedədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki