image-1backend

HƏMAS İsraillə məhbus mübadiləsində razılaşmadı

image-reklam_sirab_01

Fələstinin HƏMAS hərəkatı ABŞ-ın İsraildəki fələstinli məhbuslarla girovların dəyişdirilməsi ilə bağlı təklif etdiyi şərtlərlə razılaşmayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.

Məlumata görə, ABŞ Qəzza zolağında saxlanılan 40 girovun İsrail həbsxanalarında saxlanılan bir neçə yüz fələstinli ilə dəyişdirilməsi düsturunu təqdim etmişdi.

HƏMAS-ın bu şərtləri qəbul etməməsinin səbəbləri açıqlanmayıb.

Qəzetin yazdığına görə, radikal hərəkatın imtinası yəhudi dövlətinin Qahirə danışıqlarına öz nümayəndə heyətini göndərməməsinin səbəblərindən biri ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki