image-1backend

HƏMAS şərtləri açıqladı: Atəşkəs belə ola bilər

image-reklam_sirab_01

Fələstinin radikal HƏMAS hərəkatı İsraillə danışıqlarda vasitəçilərə Qəzza zolağında gələcək atəşkəs razılaşmasına dair baxışını təqdim edib.Vətəninfo.az-ın  məlumatına görə , bu barədə Həmas nümayəndəsi Telegram kanalında məlumat verib.

“Bu gün hərəkat vasitəçilərə aşağıdakı prinsiplərə əsaslanan gələcək razılaşma ilə bağlı fikirlərini təqdim edib: Qəzzada xalqımıza qarşı təcavüzün dayandırılması, oraya humanitar yardımların çatdırılması, köçkünlərin öz yaşayış yerlərinə qaytarılması, eləcə də İsrail hərbçilərinin anklavdan çıxarılması”, – HƏMAS-ın bəyanatından TASS sitat gətirir.

Hərəkat əlavə edib ki, onlar qeyd olunan şərtləri “razılaşmaq üçün zəruri” hesab edirlər.

İsrailin baş naziri Benyamin Netanyahunun qərargahı isə bəyan edib ki, HƏMAS-ın yeni mövqeyi “real olmayan tələblərə” əsaslanır.

“HƏMAS qeyri-real tələbləri rəhbər tutmağa davam edir. Bu məsələ ilə bağlı yenilənmiş məlumat cümə günü Müdafiə və Təhlükəsizlik Nazirliyinə təqdim olunacaq”, – qərargahın məlumatında deyilir.

Qəzza zolağında müharibə 2023-cü ildə başlayıb. Oktyabrın 7-də Fələstinin HƏMAS radikal hərəkatının yaraqlıları İsraili işğal etdikdən sonra 1200 nəfəri öldürüb, 253 nəfəri əsir götürüb. Həmin hücumdan sonra İsrail anklavda hərbi əməliyyatlara başlayıb, nəticədə yerli hakimiyyət orqanlarının məlumatına görə, qurbanların sayı 31 300 nəfəri keçib, 71 500 nəfər yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki