image-1backend

İnterpolun axtardığı şəxs İstanbulda saxlanıldı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə polisinin cinayətkar qruplara qarşı İstanbulda keçirdiyi “Mahzen-27” əməliyyatı zamanı Qazaxıstan tərəfindən beynəlxalq axtarışa verilən Nerlan Jarımbеtov adlı şəxs yaxalanıb.

Məlumatı aprelin 16-da Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkələrdə paylaşıb. İnterpol tərəfindən axtarışda olan Jarımbеtov öz ölkəsində dələduzluq və oğurluq maddələri ilə təqsirləndirilir.

“Milliyyətindən və ölkəsindən asılı olmayaraq, Türkiyədə əmin-amanlığı pozmağa çalışan bütün beynəlxalq mütəşəkkil cinayətkar dəstələrə nəfəs almağa imkan verməyəcəyik. Hər bir cinayətkar ədalət qarşısında cavab verəcək”, – deyə nazir qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki