image-1backend

İran hakerləri İsrailin müdafiə və aviasiya sektorlarına hücum ediblər

image-reklam_sirab_01

SEPAH-a bağlı bir qrup iranlı haker İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Albaniyada müdafiə və aviasiya şirkətlərinə qarşı kiberkampaniya həyata keçiriblər.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Ynet” saytı Amerikanın Mandiant kibertəhlükəsizlik şirkətinə istinadən yazır. Məlumatda qeyd olunur ki, hakerlərin məqsədləri bəlli deyil, ancaq “toplanan məlumatlar həm casusluq, həm də hücum əməliyyatları üçün istifadə oluna bilər”.
Mənbənin sözlərinə görə, bu dəfə İsrailə qarşı kiberhücumların təkmilləşmə səviyyəsi “daha mürəkkəbləşib”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki