image-1backend

İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verib ki, dünən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.

Məlumata görə, söhbət zamanı tərəflər Türkiyə və İran arasında əlaqələrin inkişaf prosesi, iki ölkə #prezidentlərinin əldə etdiyi son razılaşmalar və Fələstində baş verənlər haqqında danışıqlar aparıblar.

Qeyd olunub ki, Abdullahiyan bu yaxınlarda İran prezidenti İbrahim Rəisinin #Ankaraya səfəri zamanı əldə olunan razılaşmalara toxunaraq, onların həyata keçirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki