image-2backend

İran XİN: Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk

image-reklam_sirab_01

İran geosiyasi və sərhəd dəyişikliyi üçün istənilən addımın əleyhinədir.

Vətəninfo.az  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, “bu günlərdə dəhliz məsələsi hər zaman olduğundan daha çox diqqət mərkəzindədir”.

Kənani diqqətə çatdırıb ki, “dəhlizlə bağlı dərc olunmuş xəbər və təhlillərin əsasını Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana bu yaxınlarda etdiyi səfər, eyni zamanda, Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatları təşkil edir”.

“İran regionda müstəqillik və ərazi bütövlüyünə hörmət çərçivəsində iqtisadi münasibətlərdəki blokların aradan qaldırılmasına və Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün təşviqinə dəstəyini davam etdirəcək. Bu, bütün region ölkələrinin arzusudur.

Bəziləri Qafqaz regionunu qeyri-sabitlik məkanına çevirmək istəyir. Onlar nəyin bahasına olursa-olsun, regionda qeyri-sabitliyin ardınca gedirlər. Biz regionda sərhədlərin dəyişdirilməsi cəhdinə qəti etirazımızı bildiririk”, – XİN rəsmisi vurğulayıb.

O əlavə edib ki, İran münaqişələrin həlli üçün “3+3” regional formatının gücləndirilməsinin tərəfdarıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki