İranda İnqilab Keşikçiləri Korpusunun iki bazasına hücum nəticəsində təhlükəsizlik qüvvələrinin azı beş əməkdaşı həlak olub, 10 nəfər isə yaralanıb.
İran Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hadisə gecə saatlarında Sistan-Bəlucistan əyalətində baş verib.
Ölkənin təhlükəsizlik xidməti döyüşlərin gedişində hücum edən 15 silahlının öldürüldüyünü bildirib. Hücumların məsuliyyətini İranın cənub-şərqində müstəqillik uğrunda mübarizə aparan “Ceyş əl-Ədl” qruplaşması üzərinə götürüb.