image-2backend

İranlı haker qrupu  İsrailin Müdafiə Nazirliyinə hücum edib 

image-reklam_sirab_01

Vətəninfo.az “Tasnim News” saytına istinadən  xəbər verir ki, dünən İran hökumətinə bağlı haker qrupu İsrailin Müdafiə Nazirliyinin sistemlərinə kiberhücum edib.
Məlumata görə, “Nethunter” adlanan haker qrupu öz “Teleqram” kanalında İsrailin Müdafiə Nazirliyinin sistemlərinə sızmasını əks etdirən videonu paylaşıb.
Qeyd olunub ki, iranlı haker qrupu nazirliyə məxsus bir sıra məxfi sənədlərin, o cümlədən döyüş alətlərinin, silahların və hərbi texnika hissələrinin istehsalı ilə bağlı bəzi planların, habelə “Dəmir Günbəz” hava hücumundan müdafiə sisteminin sənədlərini ələ keçirildiyini iddia edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki