image-1backend

İranlı hakerlər İsrailə kiberhücumlar ediblər

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İsrailin Milli Kibertəhlükəsizlik İdarəsi xəbər verib ki, dünən İran hökumətinə bağlı haker qrupu İsrailin dövlət qurumlarına kiberhücum edib.
Məlumata görə, “Muddy Water” adlı haker qrupu fişinq yolu ilə İsrailin dövlət qurumlarını və bir sıra ofislərini hədəfə alaraq casusluq etmək niyyətində olub.
ABŞ və İsrailə məxsus kibertəhlükəsizlik şirkətləri sözügedən haker qrupunun İranın ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyi ilə əlaqəli olduğunu hesab edirlər.
Qeyd olunub ki, hakerlər İsrailin dövlət qurumlarında çalışan şəxslərin elektron poçtlarına zərərli ismarıclar göndərərək, onların kompüterlərinə daxil olmağa çalışıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki