image-1backend

İraq  İranla sərhəddə tikanlı məftil çəkir 

image-reklam_sirab_01

Vətəninfo.az  “Baghdad Today” saytına istinadən xəbər verib ki, İraq hökuməti Diyala əyalətinin şərqində İranla sərhəddə tikanlı məftillərin çəkilişi üzrə ən böyük planın icrasına başladığını açıqlayıb.
Məlumata görə, sözügedən plan 2003-cü ildən bəri atılan ilk böyük addımdır. Əvvələr sərhəddən insanların qanunsuz keçməsinin və ya qaçaqmalçılığın qarşısını almaq üçün sərhədçilərin nəzarətini gücləndirmək məqsədilə termal kameralar və beton gözətçi qüllələrindən istifadə edilib.
Qeyd olunub ki, məftillərin çəkilməsi sərhəd nəzarətinin gücləndirilməsi #strategiyası çərçivəsində həyata keçirilir.
İraqın daxili işlər naziri Əbdüləmir əl-Şəmmari bildirib ki, İraqın Suriya ilə sərhədlərinin təhlükəsizliyi də demək olar ki, tamamilə başa çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki