image-1backend

İrəvanda öldürücü həmləyə hazırlıq: Separatizmin müəllifini bitirirlər

image-reklam_sirab_01

Ermənistan rəhbərliyi ilə kilsə arasındakı gərginlik açıq qarşıdurma mərhələsinə keçib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti yazır.

Nəşr hesab edir ki, Baş nazir Nikol Paşinyanın göstərişi ilə hakim komanda kilsənin ictimai-siyasi sferalardakı xüsusi rolunu zəiflətmək üçün sistemli iş aparır.

“Hakimiyyət erməni apostol kilsəsinə qarşı total müharibə elan edib. Amma kilsə hakimiyyətin cızdığı siyasi yanaşmalara tabe olmayan, lazım gəldikdə narazılığını ifadə edən tam müstəqil quruluşdur. Hakimiyyət müstəqil dini quruluşun mövcudluğunu qəbul etmir və onu təhlükə kimi görür. Bu səbəbdən də, ilk dəfə “İctimai” televiziyada katolikosun (II Qaregin) Yeni il müraciəti yayımlanmadı”, – nəşr qeyd edir.

Mənbə ilk dəfə 2018-ci ildə meydana çıxan “Yeni Ermənistan, Yeni Patriarx” Hərəkatının yenidən fəallaşmasına da diqqət çəkib.

Məqalədə qeyd olunur ki, ölkə rəhbərliyi referendumla kilsənin xüsusi statusunu konstitusiyadan çıxarmağa hazırlaşır:

“Kilsənin konstitusiyada təsbit olunmuş imtiyazlı statusu hakimiyyətin narahatlığına səbəb olur. Görünür, hakim siyasi qüvvə bu bəndi tez bir zamanda konstitusiyadan çıxarmağa çalışacaq”.

Erməni kilsəsi Azərbaycan və Türkiyəyə qarşı separatizm və terrorizmin əsas mənbəyi və müəllifidir. Bu günədək türklərə qarşı baş vermiş saysız soyqırımı, qətliamların hamısı erməni kilsəsinin xeyir-duası ilə baş verib. Bura 1990-cı illərdə Azərbaycan ərazilərinin işğalı da daxildir.Teleqraf.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki