image-1backend

İsrail döyüş təyyarələri Livana zərbələr endirdi

image-reklam_sirab_01

İsrail döyüş təyyarələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumunda 7 nəfər həyatını itirib.

Vətəninfo.az xəbər verir ki, Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, Livandakı Mülki Müdafiə Təşkilatı mənbələri, İsrail döyüş təyyarələrinin ölkənin cənubundakı Əl-Həbbariyyə qəsəbəsindəki İslami Tibb Cəmiyyətinə çox sayda raketlərlə hava hücumu təşkil etdiyini bildirib.
Mənbələr hücumda 7 nəfərin öldüyünü bildirib.

İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisində Hizbullah hədəflərinə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb.

İsrail ordusu ilə Hizbullah hərəkatı arasında oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda 246 Hizbullah üzvü, 50 Livanlı mülki vətəndaş, 12 Əməl hərəkatı, 13 ”Həmas”, 12 İslami Cihad üzvü və 6 İsrail vətəndaşı ilə 11İsrail əsgəri həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki