image-1backend

İsrail Hərbi Hava Qüvvələri Livana zərbə endirdi

image-reklam_sirab_01

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Kafr Qila, Marun ər-Ras və Markaba bölgələrində Hizbullahın istifadə etdiyi bir neçə binaya zərbələr endirib.
Vətəninfo.az xəbər verir ki,  məlumatı İsrail Müdafiə Qüvvələri (IDF) yayıb. Bundan əlavə, təşkilatın El-Matamura bölgəsindəki müşahidə məntəqəsi də hücuma məruz qalıb, İsrail Müdafiə Nazirliyi bildirir. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, aprelin 14-də İran İsrail ərazisinə irimiqyaslı pilotsuz təyyarə hücumu həyata keçirib. ABŞ İsrailə yardım etdi, nəticədə yəhudi və amerikalı qüvvələr 70-dən çox pilotsuz uçan aparatı və üç raketi ələ keçirdi, Tehran isə hücumun məqsədinə çatdığını iddia edir. İsrail İrana birbaşa zərbələr endirəcəyini vəd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki