image-1backend

İsrail İranı hədələdi

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahu İranı və onun dəstəklədiyi qrupları hədələdi.

Vətəninfo.az xəbər verir ki, İsrail Baş Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanata görə, Benyamin Netanyahu təhlükəsizlik kabinetinin iclasından əvvəl jurnalistlərə açıqlama verib.

İranın illərdir birbaşa və ya vəkilləri vasitəsilə İsrailə qarşı fəaliyyət göstərdiyini ifadə edən Benyamin Netanyahu deyib: “Bu səbəbdən İsrail İran və vəkillərinə qarşı müdafiə və hücum xarakterli hərəkət edir”.

Benyamin Netanyahu deyib: “Bizə zərər verənə biz də zərər verəcəyik”.

Tehran administrasiyası aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyinin şəhərciyindəki konsulluq binasına təşkil etdiyi hücuma lazımcavabın veriləcəyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki