image-2backend

İsrail müdafiə sistemlərini gücləndirir

image-reklam_sirab_01

İsrail Müdafiə Qüvvələri cəbhələrdə müdafiəsini gücləndirdiyini və istənilən ssenariyə hazır olduğunu açıqlayıb.

Vətəninfo.az  xəbər verir ki , bu barədə Tsaxalın rəsmi nümayəndəsi Daniel Həqarinin sözlərinə istinadən TASS məlumat yayıb.

“Biz hadisələrin istənilən inkişafına bütün cəbhələrdə yüksək hazırıq. Biz lazım olan yerlərdə döyüş hərbi hissələrini gücləndirmişik, zenit sistemlərini gücləndirmişik və təyyarələrimiz həm müdafiəyə, həm də hücuma hazırdır”, – deyə Həqari bildirib.

Bundan əvvəl İranın Suriyadakı səfiri Tehranın İsrailin hücumuna qəti cavab verəcəyini açıqlamışdı.
Aprelin 1-də İsrail Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinin yaxınlığındakı şəxsi evə raket zərbəsi endirib və diplomatik nümayəndəliyin binasına da ziyan dəyib. Bir sıra mənbələr hücum nəticəsində 5-7 nəfərin öldüyünü bildirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki