image-1backend

İsrail ordusu İordan çayının qərb sahilindəki qaçqın düşərgələrinə basqın edib

image-reklam_sirab_01

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki Tulkərim şəhərində başlatdığı hücumları genişləndirib.

Vətəninfo.az xəbər verir ki, şahidlərin məlumatına görə, İsrail ordusunun hərbi birliyi Tülkərim şəhərinin şərqindəki Nur Şəms qaçqın düşərgəsinə basqın edib.

İsrail əsgərlərinin pilotsuz uçuş aparatlarının (PUA) dəstəyi ilə həyata keçirdiyi basqınlar zamanı qarşıdurma və partlayışların baş verdiyi bildirilib.

İsrail ordusu həmçinin Tülkərim qaçqın düşərgəsinə basqın edib.
İsrail əsgərləri düşərgədəki fələstinlilərin evlərinə basqın edərək bölgəni mühasirəyə alıb. Bölgədəki xəstəxana və tibbi mərkəzlərin girişlərinə zirehli texnikalar yerləşdirilib.
İsrail ordusu Tulkerim qaçqın düşərgəsindəki bir nöqtəni PUA ilə bombalayıb.
Fələstin Qızıl Aypara Cəmiyyətinin verdiyi bəyanatda hava hücumunda 4 nəfərin həyatını itirdiyi bildirilib.
İsrail qüvvələrinin oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə sərt müdaxilə edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki