image-1backend

İsrailə  döyüş təyyarələri Qəzzanı BOMBALADI

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 6 fələstinli həyatını itirib.

Fələstinin rəsmi WAFA xəbər agentliyinin yerli mənbələrə istinadən yaydığı xəbərdə İsrailə məxsus döyüş təyyarələrinin Qəzzanın mərkəzi hissəsindəki Əl-Meqazi qaçqın düşərgəsindəki bir binaya hava hücumu təşkil etdiyi qeyd edilib.

Xəbərdə hücumda 5 nəfərin həyatını itirdiyi bildirilib. Hücum nəticəsində yaralananların olub-olmadığı barədə məlumat verilməyib.

WAFA-nın yaydığı xəbərdə İsrailin Qəzzadakı Seraya nəqliyyat qovşağına təşkil etdiyi hücumda bir həkimin də həyatını itirdiyi qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki