image-1backend

İsrailin endirdiyi zərbələr nəticəsində dörd Hizbullah yaraqlısı həlak olub

image-reklam_sirab_01

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub yaşayış məntəqələrindən birinə endirdiyi zərbələr nəticəsində “Hizbullah” qruplaşmasının 4 silahlısı öldürülüb, daha 3 nəfər yaralanıb. Vətəninfo.az  xəbər verir ki , bu barədə “Sinxua” məlumat yayıb.

Anonim mənbə agentliyə bildirib ki, İsrail təyyarələrinin bir neçə hücumu nəticəsində Livanın cənubundakı sərhəddə yerləşən Ramiya kəndi vurulub. Hərbi mənbələrin məlumatına görə, İsrail Ramiyədə 4, Aita əş-Şaab və Cəbəl Balat kəndlərinə isə 3 hava zərbəsi endirib, 5-i dağıdıb, 15 evə ziyan dəyib. Qeyd olunur ki, israillilər Livanın cənubundakı 9 şəhər və kənd istiqamətində də 40-a yaxın mərmi atıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki