image-1backend

İsrailin xarici işlər naziri London və Parisə SƏSLƏNDİ

image-reklam_sirab_01

İsrailin xarici işlər naziri İsrael Katz britaniyalı və fransalı həmkarları David Cameron və Stephane Sejourne ilə telefon danışığı aparıb. Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail KİV-i ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Katz İran hücumunun qarşısının alınmasında göstərdikləri köməyə görə London və Parisə təşəkkür edib.

Yəhudi diplomat həmçinin həmin ölkələri İranın İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa və İranın raket proqramına qarşı sanksiyalar tətbiq etməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki