image-1backend

İsrailli generallar yanlışlıqla vurdular: ölkəni qarışdıran xəta

image-reklam_sirab_01

İsrail ordusu briqada generalı Barak Hiramın Qəzzadakı Əl-İsra Universitetini rəhbərlərinin icazəsi olmadan partlatdığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, İsrail ordusunun cənub regional komandanı general-mayor Yaron Finkelmanın hadisəni hərtərəfli araşdırdığı və nəticələri İsrail Baş Qərargah rəisi Herzi Haleviyə təqdim etdiyi qeyd edilib.

HƏMAS-ın universitet binası və ətrafını İsrail qüvvələrinə qarşı istifadə etdiyi iddia edilən açıqlamada, binanın dağıdılmasının lazımi icazələr alınmadan həyata keçirildiyi müəyyən edilib.

“Times of Israel” qəzeti oktyabrın 7-də Hiramın Beeri qəsəbəsindəki bir evə tank hücumu əmri verdiyini və bunun nəticəsində bəzi israilli əsirlərin həyatını itirmiş ola biləcəyini yazıb.

İsrail qüvvələri Qəzza zolağının şimalında yerləşən Əl-İsra Universitetindən hərbi qərargah kimi istifadə edib və yanvarın 18-də binanı partladıblar.

Qeyd edək ki, Qəzzada hökumətin mətbuat xidmətinin verdiyi açıqlamada İsrail qüvvələrinin 3 min evi partlatdığı bildirilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki