image-reklam-veteninfo
image-1backend

İtkin düşən 6 xizəkçidən 5-nin meyiti tapılıb

image-reklam-veteninfo

İsveçrədə Alp dağlarında yoxa çıxan altı xizəkçidən beşi həlak olub.

Vətəninfo.az xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

“Martın 9-dan bəri “Zermatt-Arolla” gəzinti marşrutu ilə fəal şəkildə axtarılan altı nəfərdən beşi martın 10-u ölü tapılıb”, – deyə polisin açıqlamasında bildirilir.

Qeyd olunur ki, yerli vaxtla saat 21:20-də üç xilasedici və bir polisdən ibarət qrup həlak olanların cəsədlərini aşkar edib.

Altıncı xizəkçinin axtarışları davam etdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki