image-1backend

Kiyev birbaşa Moskva ilə danışıqlara başlaya bilər – New York Times

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, New York Times yazır ki, Davosda keçirilən Dünya İqtisadi Forumunda dünya və biznes nümayəndələri açıq şəkildə Ukraynaya dəstəyini ifadə edir və xarici yardımın azaldılmasından narahat olduqlarını bildirirlər, lakin şəxsi söhbətlərində hərbi əməliyyatların diplomatik şəkildə dayandırılmasında israr edirlər.

Nəşr qeyd edir ki, Davosun pərdəarxası görüşlərində Ukrayna müharibəsi mövzusu nəzərə çarpır, lakin o, dominant deyil.

Qeyd olunur ki, müxtəlif Avropa ölkələrinin həm rəsmiləri, həm də biznes mühitinin nümayəndələri münaqişənin diplomatik kanallar vasitəsilə həlli ideyasını irəli sürür və hətta Kiyevin “Moskva ilə birbaşa dialoqa qayıda biləcəyini” deyirlər.

NYT diqqəti ona yönəldir ki, bir sıra Qərb rəsmiləri Davos Forumu zamanı şəxsi söhbətlərində Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması ideyasını “ictimai olaraq təbliğ etməyə” hazır olduqlarını bildiriblər. Nəşr hansı ölkələrin nümayəndələrinin özünü bu şəkildə ifadə etdiyini dəqiqləşdirmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki