image-1backend

Köçəryan “soyqırım”qurbanlarının 1,5 mln olmasına şübhə edib

image-reklam_sirab_01

Ermənistanın  hökümətyönlü deputatı Andranik Köçəryan qondarma “soyqırım” qurbanlarının real sayının ümumi qəbul edilmiş 1,5 milyonluq rəqəmdən çox və ya az ola biləcəyini istisna etməyib.

Ermənistan parlamentinin hakim fraksiyadan olan deputatı Andranik Köçəryan keçirdiyi brifinqdə bildirib ki, Osmanlı İmperiyasında “erməni soyqırımı” qurbanlarının hamısının adlarını dəqiqləşdirmək və qeyd etmək lazımdır.

Köçəryan qeyd edib ki, yəhudilər buna nail olub, Ermənistan da bunu edə bilər. Bu təşəbbüs Türkiyə ilə münasibətlərin qurulması üçün də önəmlidir və bundan xəcalət çəkməyə, ya çəkinməyə ehtiyac yoxdur.

Müxalifətdə olan milliyətçılər bu təklifi “qenosid qurbanlarının” xatirəsinə təhqir olduğunu bildiriblər və hər hansı siyahı tərtib edilməsinin qəti əlehinə çıxış ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki