image-1backend

Krımın hərbi hava limanında partlayış və yanğın olub

image-reklam_sirab_01

Gecə saatlarında Krımda, Cankoy şəhərində, hərbi hava limanının yaxınlığında partlayışlar baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə  Rusiya teleqram kanalları xəbər verir.

Yerli sakinlərin sözlərinə görə, partlayışlar hava hücumu xəbərdarlığından əvvəl baş verib. Hava limanının ərazisində yanğının baş verdiyi də bildirilir.

Eyni zamanda məlum olub ki, Krım körpüsündə hərəkət müvəqqəti olaraq dayandırılıb, səbəbi məlum deyil. Cankoy-Feodosiya avtomobil yolunun Cankoya bitişik hissəsi nəqliyyatın hərəkəti üçün müvəqqəti bağlanıb və dolama marşrut təşkil edilib.

Digər təfərrüatlar hələlik məlum deyil.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki