image-1backend

“Krokus Siti Holl”da terror törədən şəxslərlə ukraynalı xüsusi xidmət orqanlarının əlaqəsi olub

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Rusiya İstintaq Komitəsi bildirir ki, “Krokus Siti Holl”da terror törədən şəxslərlə ukraynalı millətçilər arasında əlaqə olduğuna dair sübutlar əldə edilib.

“İstintaqın ilkin nəticələri terrorçuların əməllərinin planlı olmasını, cinayət təşkilatçılarının hərtərəfli hazırlığını və maliyyə dəstəyini tam təsdiq edir. Həbs edilmiş terrorçularla iş, onlardan götürülən texniki vasitələrin öyrənilməsi və maliyyə əməliyyatları barədə məlumatların təhlili nəticəsində onların Ukrayna millətçiləri ilə əlaqəsi olduğuna dair sübutlar əldə edilib”, – məlumatda deyilir.

Həmçinin bildirilir ki, “Krokus”a hücum edən terrorçuların maliyyələşdirilməsi sxemində iştirak edən daha bir şübhəli şəxs müəyyən edilərək həbs edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki