image-1backend

Latviya Ukraynaya bu dronları göndərəcək

image-reklam_sirab_01

Latviya yaxın vaxtlarda Ukraynaya 1 milyon avro dəyərində yerli istehsal olan dronların ilk partiyasını göndərməyi planlaşdırır.

Vətəninfo.az xəbər verir ki, bunu Latviyanın Baş naziri Evika Silina ukraynalı həmkarı Denis Şmıqalla keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Latviyanın istehsal etdiyi dronlar sınaqdan keçirilib: “Ukraynalı həmkarlarımız onların döyüşdə effektiv olduğunu etiraf ediblər”.

Onun sözlərinə görə, ümumilikdə, 2024-cü ildə Latviya Ukraynaya dronların tədarükü üçün 9 milyon avro ayırmağı planlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki