image-1backend

Makron Tehranı HƏDƏLƏDİ

image-reklam_sirab_01

İranın İsrailə hücumundan sonra Fransa prezidenti Emmanuel Makron Tehrana təzyiqlərin artırılmasının vacibliyini açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Fransa prezidenti BFMTV-nin efirində deyib: “İranı təcrid etmək və sanksiyaları gücləndirmək lazımdır”.

Makronun sözlərinə görə, “Fransa münaqişənin genişlənməsinin qarşısını almaq üçün işləmək niyyətindədir”.

“Ekskalasiya ehtimalı hamımızı narahat edir. bunun qarşısını almaq üçün hər şeyi edəcəyik”.
O, həmçinin əlavə edib ki, Fransa İordaniyanın tələbi ilə İran raketlərinin tutulmasına kömək edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki