image-1132121backend

Makron Ukraynaya səfərini növbəti dəfə təxirə saldı – Rusiya hədələdi 

image-reklam_sirab_01

Fransa prezidenti Emmanuel Makron Ukraynaya planlaşdırılan səfərini üçüncü dəfə təxirə salıb. Yelisey sarayından verilən məlumata görə, prezidentin səfəri yaxın həftələrdə baş tutacaq. Vətəninfo.azy məlumatına görə , bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Makron fevralda Ukraynaya səfər etməli idi, lakin ölkə prezidenti Vladimir Zelenskinin özü təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalamaq üçün Parisə səfər etdiyi üçün səfər təxirə salınmışdı.

Diplomatların sözlərinə görə, Makronun səfəri o zaman martın əvvəlinə planlaşdırılıb, sonra bu həftənin sonuna qədər təxirə salınıb.

Fransa liderinin səfərinin ləngiməsi təhlükəsizliklə bağlı ola bilər. Ötən gün Ukrayna prezidenti ilə Yunanıstanın baş naziri arasında görüş zamanı Rusiya raketi iki liderdən cəmi bir neçə yüz metr aralıya düşüb. Makron da Odessaya səfər etməli idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki