image-1backend

MAQATE öz əməkdaşlarını  İrandan çıxarır

image-reklam_sirab_01

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bölgədəki gərginlik fonunda müfəttişlərini müvəqqəti olaraq İrandan çıxarır. Vətəninfo.az-ın  “TASS” a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyasının beynəlxalq təşkilatın Vyanadakı daimi nümayəndəsi Mixail Ulyanov məlumat verib .

“Regiondakı gərgin vəziyyətlə əlaqədar MAQATE müfəttişlərini müvəqqəti olaraq İranın nüvə obyektlərindən çıxarmaq qərarına gəlib”, – diplomat yazıb.

Bundan əvvəl MAQATE-nin rəhbəri Rafael Qrossi bəyan etmişdi ki, Yaxın Şərqdə eskalasiya İranın nüvə obyektlərinin müfəttişlərinin işinə təsir göstərməyib. MAQATE rəhbərinin sözlərinə görə, İran hakimiyyəti agentliyə məlumat verib ki, aprelin 14-də respublikanın nüvə obyektləri təhlükəsizlik səbəbilə bağlanacaq. Qrossi qeyd edib ki, müfəttişlərin təhlükəsizliyi üçün təşkilat aprelin 16-da yoxlamalara qayıtmağa qərar verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki