“Ryan’s Hope” və “General Hospital” kimi serialların məşhur aktyoru Ron Halenin 78 yaşında vəfat edib.
Vətəninfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Ron Halenin avqustun 27-də dünyasını dəyişdiyi ailəsi tərəfindən bu gün açıqlanıb.
Heylin ölüm səbəbi açıqlanmasa da, “General Hospital” serialının yaradıcı heyyəti sosial mediada açıqlama veriblər:
“Bütün “General Hospital” ailəsi Ron Halenin vəfatına görə olduqca məyusdur. Onun yaxınlarına bu çətin vaxtda başsağlığı veririk. O, inanılmaz aktyor və unudulmaz bir həmkar idi. Allah ona rəhmət etsin!”.
RON HALE KİMDİR?
Ron Heyl 1955-ci ildən 1989-cu ilə qədər “Ryan’s Hope” serialının 900-dən çox seriyasında rol alıb. 1979 və 1980-ci illərdə “Daytime Emmy” mükafatına namizəd olub. 1995-2010-cu illər arasında o “General Hospital” serialında Mike Corbin rolunu oynayıb. 1997-2000-ci illərdə Port Charles serialına çəkilib.