image-1backend

Məşhur rusiyalı blogger həbs edildi

image-reklam_sirab_01

Sankt-Peterburq şəhərinin Dzerjinski Rayon Məhkəməsi məşhur blogger Nikolay Konaşenkonu terror aktına bəraət qazandırdığı iddiası ilə mayın  25-dək həbs edib.

Vətəninfo.az xəbər verir ki, əvvəllər o, terrorçuluğa açıq şəkildə bəraət qazandırmaqda, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunub. Bu maddədə nəzərdə tutulmuş ən ağır cəza beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmədir.

Konaşenkonun “Crocus”da baş verən terror hadisəsi ilə bağlı sosial şəbəkələrdəki yazıları işin başlanmasına səbəb olub. O, martın 25-də Sankt-Peterburqun Pulkovo hava limanında həbs edilib. Onun İrəvana uçmağı planlaşdırdığı qeyd edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki