image-1backend

Məsud Nili: “ İran tədricən ölməyə doğru gedir”

image-reklam_sirab_01

İran iqtisadi cəhətdən tənəzzülə doğru gedir. Vətəninfo.az xəbər verir ki, bunu tanınmış İranlı  iqtisadçı Məsud Nili ölkənin ağır iqtisadi durumuna toxunarkən deyib.

“Ətrafa baxanda qəlbimi qəm seli bürüyür: axı necə ola bilər ki, bu qədər sərvəti olan ölkə belə yoxsul olsun?!
İnanmaq olarmı ki, dünyada təbii qaz ehtiyatlarına görə ikinci, neft ehtiyatlarına görə dördüncü yeri tutan İranın nəinki dünyanın enerji təminatında önəmli yeri yoxdur, hətta özünün enerji ehtiyaclarını təmin etməkdə çarəsizdir?! Mən hələ 2017-ci ildə İranın tədricən ölümə doğru getdiyi haqda xəbərdarlıq etmişdim. Ötən dövrdə bu ananın ölüm vaxtına daha da yaxınlaşmışıq. Amma bu müddətdə bizim siyasətçilərimiz bu xəstə ananın yanında hansı bayramlar və şənliklər keçirməyiblər?!
Ən pisi odur ki, ölkədə bir qrup olub-qalan ehtiyatları qarət etməklə məşğuldur, başqa bir qrup isə öz cəhalət və tərsliyi ilə ölümə doğru hərəkəti sürətləndirir. Bizim hər birimiz bu səhlənkarlıq və məsuliyyətsizliyə görə gələcək nəsillər tərəfindən sorğu-sual ediləcəyik!”. -deyə iqtisadçı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki