image-1backend

Müharibənin taleyi yayda həll olunacaq- Borel

image-reklam_sirab_01

Vaşinqtonda keçirilən görüşlərdən sonra Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Kiyevə yardımın ayrılmasını gözləmək olmaz, çünki Ukraynadakı müharibənin nəticəsi bu yaz və yayda həll olunacaq.Vətəninfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

O, Amerikanın Kiyevə hərbi yardımının davam etdirilməsi ilə bağlı şübhələri şərh edərkən jurnalistlərə “Nə edilirsə, onu tez etmək lazımdır” deyib. “Növbəti aylar həlledici olacaq. Bir çox analitiklər bu yay Rusiyanın böyük hücumunu gözləyir və Ukrayna növbəti ABŞ seçkilərinin nəticələrini gözləyə bilməz”.

Borel qeyd edib ki, Avropa da Ukraynaya hərbi dəstəyi sürətləndirməlidir.

“Biz sürətləndirməliyik. Daha çox, daha sürətli etmək üçün dəstəyimizi artırmalıyıq. Buna görə də biz sənaye müdafiə qabiliyyətimizi artırırıq”, – Aİ diplomatiyasının rəhbəri əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki