image-1backend

Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədində qəzaya düşdü

image-reklam_sirab_01

Qəzaya düşənlər Avropa İttifaqının Ermənistandakı sərhəd missiyasının üzvləridir

Avropa İttifaqının (Aİ) Ermənistandakı sərhəd missiyasının üzvləri qəzaya uğrayıb.

Bu barədə Vətəninfo. az saytı xəbər verir.

Bildirilir ki, qəza Sünik (Zəngəzur) vilayətində baş verib. “Nissan” markalı avtomobil naməlum səbəbdən hərəkət zolağından çıxıb və yolun kənarına çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, avtomobil Aİ-nin Ermənistandakı müşahidə missiyasına xidmət edir, sürücü və 2 sərnişin Aİ-nin müşahidəçiləridir. Sürücü Avstriya vətəndaşıdır, müşahidəçilər isə polşalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki