image-1backend

NATO üçüncü hərbi dəniz bazasını İspaniyada yerləşdirdi

image-reklam_sirab_01

Menorka adasındakı Mahon bələdiyyəsinin dəniz bazası Aralıq dənizində fəaliyyət göstərən gəmilər üçün NATO-nun İspaniyadakı üçüncü logistik bazasına çevrilib. Vətəninfo.az  xəbər verir ki, bu barədə “El Pais” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, 2023-cü ilin aprelində Madrid Mahonu alyansa “daimi diplomatik liman” kimi təklif edib ki, Dəniz Mühafizəsi əməliyyatında iştirak edən müttəfiq gəmilər orada yanaşsın və lövbər salsın. Qeyd olunur ki, Mahon limanı NATO üçün logistika məntəqəsi kimi müvafiq xüsusiyyətlərə malikdir.

Digər iki baza Rota (Andalusiya Muxtar İcması) və Kartagenada (Mursiya Muxtar İcması) yerləşir.

NATO-nun Dəniz Mühafizəsi əməliyyatı 2016-cı ildə başlayıb. Onun məqsədləri, digər məsələlərlə yanaşı, Aralıq dənizində naviqasiya azadlığını təmin etmək və müxtəlif təhlükələrin qarşısını almaqdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki