image-reklam-veteninfo
image-1backend

Nepalda helikopter qəzaya uğradı – Ölənlər var

image-reklam-veteninfo

Nepalın paytaxtı Katmandu şəhərinin şimalında helikopter qəzaya uğrayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Nepal Mülki Aviasiya İdarəsi açıqlama verib.

Bildirilib ki, Katmandu Beynəlxalq Hava Limanından havaya qalxan helikopterlə 3 dəqiqə sonra əlaqə kəsilib.

Həmçinin, qəzaya uğrayan helikopterin qalıqları arasından biri qadın olmaqla 5 meyitin çıxarıldığı bildirilib. Həyatını itirən 4 sərnişinin Çin vətəndaşı, pilotun isə Nepal vətəndaşı olduğu açıqlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki