image-1backend

Netanyahu : HƏMAS-ın girovların azad edilməsi ilə bağlı mövqeyi qeyri-realdır

image-reklam_sirab_01

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS-ın girovların azad edilməsi ilə bağlı mövqeyi qeyri-realdır.

“Həmas qeyri-real tələblərə sadiq qalmaqda davam edir. Bu məsələ ilə bağlı yenilik cümə günü hərbi və təhlükəsizlik kabinetlərinə təqdim olunacaq”, –Vətəninfo.az xəbər verir ki, bu barədə  ofisin açıqlamasında deyilir.

Martın 14-ü axşam Qətər bu razılaşma ilə bağlı HƏMAS-ın cavabını İsrailə çatdırıb.
İsrailin Kan Bet radiostansiyası cavabın danışıqlar prosesinə cavabdeh olan komanda üzvlərinə çatdırıldığını bildirib.

Sənədin məzmunu ilə tanış olan radiostansiya mənbəsi bildirib ki, sənəddə “ağlabatan tələblər” siyahısı var və danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu göstərir.
Əlavə edək ki, bu gün, martın 15-də hərbi kabinet kiçik iclas zamanı HƏMAS-dan alınan cavabı müzakirə edəcək.

Öz növbəsində HƏMAS bəyanat yayaraq, İsraillə razılaşmanın Qəzzanın şimalındakı sakinlərin evlərinə qayıtmasına imkan verəcəyini və İsrail ordusunun ərazidən tamamilə çıxarılmasına səbəb olacağını iddia edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki