image-bayden-1-696x434backend

“Netanyahu indi İsrailə xeyirdən çox zərər verir” – Bayden

image-reklam_sirab_01

Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden (Joe Biden) Rifahın “qırmızı xətt” olduğunu və İsrailin baş naziri Benyamin Netanyahunun “indi İsrailə xeyirdən çox zərər verdiyini” söylədi.

MSNBC-yə müsahibəsində C.Bayden deyib: “Netanyahunun Qəzzaya hücumları və həlak olan 30 mindən çox mülki vətəndaşın məsuliyyəti ağırdır. Bu qədər insanın “Həmas”ın acığına öldürülməsi doğru deyil.

Rifahın işğalı qırmızı xətdir. Amma İsrailin müdafiəsi kritik olaraq qalır.

Netanyahu indi İsrailə xeyirdən çox zərər verir. Qəzzada ölənlərin sayı çoxdur. Netanyahu hökuməti mülki insanların həyatını hədəf almamağa ciddi diqqət yetirməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki