image-1backend

Nikolas Maduroya qarşı sui-qəsdin qarşısı alındı

image-reklam_sirab_01

Venesuelanın Maturin şəhərində polis iki vətəndaşı prezident Nikolas Maduroya qarşı sui-qəsd hazırlamaqda ittiham edərək həbs edib.

Vətəninfo.az xəbər verir ki, bu barədə baş prokuror Tarek Uilyam Saab məlumat verib. Onun açıqlamasını “Teletica” yayıb.

Nəşrin məlumatına görə, Milli Qvardiyanın keçmiş serjantı Renzo Flores və “Case R” müxalifət təşkilatının üzvü Vilfer Xose Pina həbs edilib.

Teletica-nın məlumatına görə, həbs edilən şəxslər WhatsApp statuslarında Nikolas Maduroya hədələr yazıblar. Onların həbsi zamanı telefonlarında tankların ələ keçirilməsi və dövlət çevrilişinin təşkili ilə bağlı söhbətlər tapılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki