image-1backend

Olaf Şolts Ramazan ayına görə İsrailə cağırış etdi: Atəşi dayandırın

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolts bir çox müsəlman ölkəsində Ramazan ayının başlaması ilə əlaqədar Qəzzada atəşkəsə çağırıb.

Olaf Şolts Ramazan ayının başlaması münasibətilə “X” sosial media platformasında alman, türk və ərəb dillərində videomüraciət yayımlayıb.

İsraillilərin və fələstinlilərin əksəriyyətinin sülh istədiyindən əmin olduğunu ifadə edən Şolts “Bu istiqamətdə atılacaq addımlardan biri, seçim Ramazan ayında daha uzun müddətli atəşkəs olacaq. Belə bir atəşkəs daha çox humanitar yardımın çatdırılmasını təmin edəcək. ABŞ prezidenti (“Co Bayden), mən və digər bir çox insan bunun üçün bütün gücümüzlə cəhd göstəririk” deyib.

Ramazan ayının həm də müharibə və zorakılığa məruz qalanların düşünüldüyü bir dövr olduğuna diqqət çəkən Şolts bu günlərdə müsəlmanların hiss və düşüncələrinin, xüsusilə Orta Şərqdə qadın, kişi və uşaqlarla olduğunu vurğulayıb.

Orta Şərqdə bir çox insanın narahat olduqları dostları və ailəsi olduğuna diqqət çəkən Şolts, “Kədərinizdə tək deyilsiniz. Almaniyada da bir çox insan öldürülən və qaçırılan israillilər və Qəzzada günahsız yerə öldürülənlərin, yaralıların və əziyyət çəkənlərin taleyindən dərindən narahatdır və kədərlərini bölüşür. Bu kədərləri mən də bölüşürəm” ifadələrindən istifadə edib.

Almaniya kansleri ayrıca vurğulayıb ki, İsrail beynəlxalq hüquq qaydalarına əməl etməli və mülki şəxslərə zərər verməməlidir.

Miqrasiya mənşəli və ya olmayan bütün vətəndaşların Almaniyaya aid olduğunu bildirən Şolts müsəlmanların da eynilə yəhudi və xristianlar kimi, başqa din və dünyagörüşünə tabe olanlar kimi Almaniyaya mənsub olduğunu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki