image-1backend

Ordu haqqında saxta məlumat yayanların əmlakı müsadirə olunacaq

image-reklam_sirab_01

Dövlət Duması Rusiya silahlı qüvvələri haqqında saxtakarlığa görə cəzanın sərtləşdirilməsini təklif edib.
Vətəninfo.az xəbər verir ki, onlar əmlakın müsadirə olunması imkanını nəzərdə tutan qanun layihəsi hazırlayıblar.

“Rusiya ordusu haqqında yalan məlumat yaymaq, habelə dövlət təhlükəsizliyinə qarşı cinayətlərin və hər hansı digər hərəkətlərin maliyyələşdirilməsi üçün istifadə edildiyi təqdirdə pul, qiymətli əşyalar və əmlak müsadirə edilsin”, – RİA Novosti xəbər verir.

2022-ci ildə Putin Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumatı cinayət hesab edən və sanksiyalara çağıran qanunu imzalayıb. Saxta xəbərlərə görə maksimum cəza 15 ilə qədər həbsdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki