image-reklam-veteninfo
image-1backend

Pakistan elan etdi: Biz danışıqlara hazırıq

image-reklam-veteninfo

İslamabad Tehranı özünün dostu hesab edir və gərginliyin daha da artmasını istəmirik və danışıqlara hazırıq. Vətəninfo.az-ın  TASS agentliyinə istinadən verdiyi məlumata görə , bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç məlumat verib.

Yanvarın 18-də Pakistan separatçı yaraqlıların sığınacaqlarını hədəfə aldığını iddia edərək, İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinə hava zərbələri endirib . Həmin zərbələr nəticəsində İranda qurbanların sayı 9 nəfərdir.

Xəbər verdiyimiz kimi , yanvarın 16-da İran “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qalasını hədəfə aldığını bildirərək, Pakistan ərazisinə zərbələr endirib. Pakistan bu zərbələr nəticəsində 2 uşağın həlak olduğunu bildirib və mümkün nəticələrlə bağlı İranı xəbərdar edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki