Vətəninfo.az xəbər verir ki , bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Pakistanın zərbələri nəticəsində İranın Sistan əyalətində hərbi qərargah məhv edilib.
“Kəşfiyyat məlumatlarına əsasən əməliyyat zamanı bir neçə terrorçu öldürülüb”, – deyə Pakistan Xarici İşlər Nazirliyi bildirib və əlavə edib ki, bu, terrorçuların sığınacaqlarına yüksək koordinasiyalı və dəqiq zərbələrdir.
Mesajda həmçinin bildirilir ki, Pakistan “İranın suverenliyinə və ərazi bütövlüyünə tam hörmət edir”.
“Bugünkü əməliyyatın yeganə məqsədi Pakistanın öz təhlükəsizliyini və milli maraqlarını təmin etmək olub”, – nazirlik əlavə edib.
Pakistan kəşfiyyatındakı mənbə Reuters agentliyinə bildirib ki, zərbələr İran daxilində fəaliyyət göstərən Bəluc yaraqlılarını hədəf alan hərbi təyyarə tərəfindən endirilib.
Xəbər verdiyimiz kimi , yanvarın 16-da İran “Ceyş əl-Ədl” terror qruplaşmasının iki qalasını hədəfə aldığını bildirərək, Pakistan ərazisinə zərbələr endirib. Pakistan bu zərbələr nəticəsində 2 uşağın həlak olduğunu bildirib və mümkün nəticələrlə bağlı İranı xəbərdar edib.


























