image-1backend

Pakistanda partlayış törədilib, ölən və yaralananlar var

image-reklam_sirab_01

Pakistanda minalanmış motosikletin partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.
Vətəninfo.az xəbər verir ki, hadisə Bəlucistan əyalətinin Xuzdar şəhərində baş verib.
Pakistan polisi hücumun minalanmış motosikletlə həyata keçirildiyini açıqlayıb.
Partlayış nəticəsində 2 nəfərin öldüyü, 2-si polis olmaqla 5 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, Pakistanda ən çox terror aktları Bəlucistan və Xayber Paxtunxva əyalətlərində törədilir.
2024-cü ilin birinci rübündə bu 2 ştatda 200 terror aktı həyata keçirilib, nəticədə 281 nəfər həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki