image-1backend

“Qərb dövlətləri SSRİ dövründə olduğu kimi, yenə buna vadar edir”- Putin

image-reklam_sirab_01

“ABŞ başda olmaqla, Qərb dövlətləri Sovet İttifaqı dövründə olduğu kimi, bu gün də Rusiyanı silahlanmağa vadar etməyə çalışır. Lakin buna nail ola bilməyəcəklər”, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün Federal Məclisə müraciətində deyib. Vətəninfo.az xəbər verir ki, o bildirib ki, Qərb dövlətlərinin rəhbərləri Rusiyanı Avropaya hücuma keçmək niyyətində olduğunu bəyan edirlər. Lakin bu fikirlərin əsası yoxdur.

Rusiya prezidenti bu fikirləri Avropa dövlət başçılarının “sayıqlamaları” adlandırıb.

Vladimir Putin həm də deyib: “Qərb Rusiyanın siyasi sistemini dağıtmağa çalışır. Lakin biz bunun qarşısını alacağıq. Siyasi sistem hər bir dövlətin suverenliyinin əsasını təşkil edir. Heç bir qüvvəyə Rusiyanın daxili işlərinə qarışmağa imkan verməyəcəyik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki