image-1backend

“Qərb Ukraynanı meydanda tək qoyub” –  Zelenski

image-reklam_sirab_01

Ukrayna prezidenti Vladimir Zelenski hesab edir ki, Qərb tərəfdaşları Ukrayna ərazilərinin atəşə tutulmasına cavab olaraq Rusiya infrastrukturuna hücumları dəstəkləməlidir. Vətəninfo.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” yazır.

Ukrayna prezidenti Finlandiya prezidenti Aleksandr Stubb ilə birgə mətbuat konfransında BMT-nin Tatarıstanda pilotsuz təyyarələrin hücumlarından sonra Rusiyada mülki infrastruktura hücumları dayandırmaq çağırışlarını şərh edib.

Zelenski daim nəyisə pisləyən müxtəlif beynəlxalq təşkilatlara təşəkkür edib. O, bu təşkilatların nümayəndələrinə rus qoşunlarının daim atəşə tutduğu Xarkova gəlməyi və sonra nəyisə pisləməyi təklif edib.

“Qərb Ukraynanı meydanda tək qoyub. Anlamırlar ki,  Rusiya gücdən başqa heç nə başa düşmür.”- deyə Zelenski bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki