image-1backend

Qrant Shapps: “NATO ölkələri rus ruleti oynaya bilməz”

image-reklam_sirab_01

ÜDM-in iki faizini müdafiəyə sərf etməyən NATO ölkələri Qərbin gələcəyi ilə “rus ruleti” oynayır. Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Qrant Şaps xəbərdarlıq edib.

Britaniyanın Teleqraf qəzeti üçün hərbi ittifaqın 75-ci ildönümünə həsr olunmuş məqalədə müdafiə naziri bildirib ki, müttəfiqlər bizim indi “müharibədən əvvəlki dünyada” olduğumuzu dərk etməlidirlər.

Keçən il NATO-nun yalnız 11 üzvü təxminən iyirmi il əvvəl ilk dəfə qoyulmuş iki faizlik hədəfə çatdı. Üstəlik, o ölkələr arasında nə Fransa, nə də Almaniya var.

Bu il bu rəqəmin 18-ə yüksələcəyi gözlənilir. Paris və Berlin bu yaxınlarda 2024-cü ilə qədər bu mərhələyə çatacaqlarını elan etdilər, lakin blokun 32 üzv dövlətinin hamısı buna əməl etməyib.

“Biz müdafiəmizi gücləndirmək üçün bu hədəfdən kənara çıxmalıyıq. Ancaq bəzi ölkələr hələ də iki faizə də çata bilmir. Bu davam edə bilməz. Bizim gələcəyimizlə rus ruleti oynamağa imkanımız yoxdur”, – deyə Şaps bildirib.

Britaniyanın müdafiə naziri NATO-nun ildönümünə toxunaraq deyib: “NATO-nun keçmişinə hörmət etmək kifayət deyil. Bu gün bir daha ittifaqın gələcəyi haqqında təcili düşünmək lazımdır. Biz müharibədən sonrakı dünyadan müharibədən əvvəlki dünyaya keçdik”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki