image-1backend

Qroznıda Putinin şərəfinə rayon salınır -FOTO

image-reklam_sirab_01

Çeçenistanın paytaxtı Qroznıda Rusiya liderinin şərəfinə Rusiya prezidenti Vladimir Putinin adına rayon peyda olacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə bələdiyyənin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, Putinyan rayonu artıq mövcud olan Şeyx-Mansurovski rayonundan ayrılacaq.
Qroznı bələdiyyəsi iddia edir ki, aprelin əvvəlində onlar ev-qapı gəzərək sakinlər arasında səsvermə keçiriblər. Səlahiyyətlilərə görə, 34 705 respondent “Putinski” adına səs verib və yalnız 200-ə yaxın insan “öz versiyasını” təklif edib.

Artıq şəhər duması sorğunu əsaslı hesab edib və yeni rayonun yaradılması haqqında qanunun qəbul edilməsi üçün materialları vilayət parlamentinə göndərib.

Çeçenistanın rəhbəri Ramzan Kadırov daha əvvəl 200 hektardan çox əraziyə malik yeni rayon yaratmaq və ona Rusiya Federasiyası Prezidentinin adının verilməsi təklifi ilə çıxış edib. Onun sözlərinə görə, qərar “respublikanın dirçəldilməsi imkanlarına” görə “çeçen xalqının dərin minnətdarlıq əlaməti” kimi qəbul edilib.

image-2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki